Hami Aksoy: "FETÖ Braziliya üçün də təhdid olmağa davam edir"

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fətullahçı Terror Təşkilatının Braziliya üçün təhlükə yaratmağa davam etdiyini söylədi.

1250984
Hami Aksoy: "FETÖ  Braziliya üçün də təhdid olmağa davam edir"

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy feto üzvü Əli Sipahinin Türkiyəyə qaytarılması tələbinin Braziliya tərəfindən rədd edilməsi ilə bağlı verilən sualı yazılı olaraq cavablandırdı.

Aksoy Terror təşkilatı FETÖ-nün yalnız Türkiyə üçün deyil, bütün insanlıq üçün ortaq bir təhlükə olduğunu vurğulayaraq:"FETÖ fəaliyyət göstərdiyi hər bir ölkə üçün olduğu kimi, Braziliyanın da təhlükəsizliyinə təhdid yaratmağa davam edir" ifadəsini işlətdi.

XİN sözçüsü terrorun hər növü ilə qətiyyətli və səmimi mübarizə aparan Türkiyənin eyni rəftarı müttəfiqlərindən və beynəlxalq ictimaiyyətdən də gözlədiyinin qeyd edərək bunları bildirdi: "Bu çərçivədə FETÖ ilə mübarizə Braziliya üçün ölkəmiz üçün olduğu qədər vacib və prioritet məsələ olmalıdır. Ölkəmiz Braziliya hökuməti ilə xüsusilə də, başda FETÖ olmaqla, terrorizmlə mübarizə mövzusunda əməkdaşlığı  artırmaq üçün səylərini davam etdirəcək. Braziliyanın da bu məsələdə eyni həssaslıq sərgiləməsini gözləyirik"



Әlaqәli Xәbәrlәr