“Türkiyə Suriyada öz addımını atacaq gücə malikdir”

Türkiyə Suriyada lazımlı addımları atacaq gücə sahibdir. Bunu Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

1249249
“Türkiyə Suriyada öz addımını atacaq gücə malikdir”

Ömər Çelik, Prezident və AK Partiyanın Başçısı Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Mərkəz İdarə heyət toplantısının keçirildiyi saatlarda mətbuat konfransı təşkil edib. Jurnalistlərin gündəmə dair  ünvanladıqları sualları cavablandırıb.

Ömer Çelik: “Suriyada Fırat çayının şərqindəki bəzi dövlətlər terrorçular üçün etibarlı liman olacaq bir bölgə yararadılmasını arzulayırlar. Bu istiqamətdə dəstək fəaliyyətlərini davam etdirirlər. Lakin başa düşülməlidilər ki Türkiyə məzlumların çətri olacaq. Bölgədə və dünyada sülhün bərpasına töhfə verəcək bir etibarlı bölgə, bir sülh dəhlizin yaranmasının yollarını axtarır. Bunun həm Türkiyənin milli təhlükəsizliyi həm də bölgə və dünya təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyinə inanır.

Prezident Ərdoğanın Fırat Çayının şərqi ilə əlaqədar sözləri Türkiyənin təhlükəsizlik ehtiyacları istiqamətində daha lazımlı addımları atmağın vaxtının gəlib çatdığını göz önünə sərir.

Türkiyə bu mərhələdə istər dialoqla, istərsə diplomatiyanın mülayim güc ünsürləri və ya güc istifadə edərək öz milli təhlükəsizliyini müdafiə etməkdə qərarlı olduğunu konkret olaraq səsləndirir və müttəfiqlərindən bu istiqamətdə vacib addımları atmalarını gözləyir.

Əslində NATO tərkibindəki müttefikliğimiz təhlükəsizliyin bölünməzliyi prinsipinə əsaslanır. Bu nəzərə alındıqda ittifaq həmrəyliyi vacibdir və hər cür risk ədalətli bölüşülməlidir. Dünyanın başqa ərazilərində başqa dövlətləri birbaşa maraqlandıran risklər söz mövzusu olduqda NATO həmrəyliyinin vacibliyini həssaslıqla vurğulayanlar, Türkiyə söz mövzusu olduqda, təhlükəsizliyin bölünməzliyi prinsipini zədələyən ittifaq həmrəyliyinin ruhuna zidd hərəkət edən, Türkiyənin atdığı addımların və milli təhlükəsizliyi ilə əlaqədar qayğılarının gözdən yayındırıldığı cəhdləri qəbul ediləbilməz. Belə yanaşmalar eyni vaxtda müttəfiqlik əlaqələrinə də zərbə endirər.

Ölkəmizin Cənub sərhədlərində terrorçuların barınacaqları bölgə yaradılması istiqamətində atılan addımlara qarşı, müttefiklerimizle birlikdə Türkiyənin nəzarətində olacaq bir sülh koridoru, təhlükəsizlik bölgə yaradmaq əsas istəyimizdir. Bunu qarşılayacaq addımların atılmaması halında Türkiyə, şübhəsiz öz addımını atacaq qüdrətə, tutuma malikdir.

Hörmətli Prezidentimiz bunu bir daha vurğulayıb. Bu səbəbdən Türkiyə milli təhlükəsizlik ehtiyacına cavabdeh olacaq addımlar atmaq, bölgə məzlumlarına ümid işığı olmaq, bölgə və dünya sülhünə töhfə vermək üçün lazımlı addımları atmağın vaxtının gəlib çatdığına inanır”-deyə Ö.Çəlik vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr