Türkiyәdә bir tәhlükәli terrorçu da zәrәrsizlәşdirilib

Türkiyənin Hakkari şəhərində PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.

1249280
Türkiyәdә bir tәhlükәli terrorçu da zәrәrsizlәşdirilib

 

Türkiyənin Hakkari şəhərində PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.

Məlumata görə, əməliyyat zamanı "Harun" ləqəbi ilə tanınan təhlükəli terrorçu zәrәrsizlәşdirilib. Əsl adı Miktad Örde olan bu şəxsin adının uzun müddət təhlükəli terrorçuların siyahısında olduğu bildirilir.

Əməliyyat çərçivsində həmçinin Miktad Ördeyә kömәk edәn bir şübhәlinin dә  saxlanıldığı qeyd edilir.

Digәr tәrәfdәn Daxili İşlәr Nazirliyindәn verilәn açıqlamaya görә, ölkә daxilindә keçirilәn әmәliyyatlar çәrçivәsindә Bingölün Karlıova bölgәsindә Jandarm Komandanlığı tәrәfindәn iyulun 20-dә keçirilәn әmәliyyat nәticәsindә dörd terrorçu zәrәrsizlәşdirilib.

Zәrәrsizlәşdirilәn terrorçulardan birinin Daxili İşlәr Nazirliyinin ‘‘boz’’ katteqoriyasında olan ‘‘Kawa’’ lәqәbli Sezer Işık olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr