Mardindә bir әsgәr şәhid oldu

Bu barәdә Mardin Valiliyindәn verilәn mәlumatda bildirilib.

1247141
Mardindә bir әsgәr şәhid oldu

 

Mardinin Nusaybin qәsәbәsindә PKK terrorçuları tәrәfindәn hәyata keçirilәn hücum nәticәsindә bir әsgәr şәhid olub, iki әsgәr dә yaralanıb.

Bu barәdә Mardin Valiliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, PKK terrorçuları Nusaybinin Günyurdu mәhәllәsindә patrul vәzifәsi icra edәn әsgәrlәrә hücum edib. Hücumda bir әsgәr şәhid olub, ikisi dә xәsarәt alıb.

Xәsarәt alan әsgәrlәr bölgәdәki xәstәxanaya yerlәşdiriliblәr.

Bölgәdә antiterror әmәliyyatlar davam etdirilir.



Әlaqәli Xәbәrlәr