Türkiyədə Ali Hərbi Şuranın iclası keçirildi

İclasa  prezident Rəcəb Tayyib Ərdoğan sədrlik etdi.

1246220
Türkiyədə Ali Hərbi Şuranın iclası keçirildi
YAS anitkabir.jpg

Türkiyədə Ali Hərbi Şuranın iclası keçirildi

İclasa  prezident Rəcəb Tayyib Ərdoğan sədrlik etdi.

Şura üzvləri iclas ərəfəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün nəşinin olduğu Anıtqəbiri ziyarət etdilər.
 Daha sonra Ərdoğan və Ali Hərbi Şuranın üzvləri Cümhurbaşqanlığı Külliyəsində iclasa başladılar.
 Mətbuata qapalı keçirilən iclasda Türkiyə prezidentinin müavini Fuad Oqtay, milli müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Əbdülhəmid Gül, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Bərat Albayraq, milli təhsil naziri Ziya Səlcuq, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı, ordu generalı Ümid Dündar, Hərbi Dəniz Qüvvələri komandanı, ordu admiralı Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Həsən Küçükakyüz iştirak etdilər.



Әlaqәli Xәbәrlәr