Suriyada müxalifət qrupları və rejim tərəfindən saxlanılan bəzi şəxslər sərbəst buraxıldı

Türkiyə Suriyada müxalifət qrupları və rejim tərəfindən saxlanılan bəzi şəxslərin müxaləfətin nəzarətindəki Babın cənubundakı Əbu Zindin bölgəsində qarşılıqlı və eyni vaxtda sərbəst buraxıldığını açıqladı.

1246092

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Suriyada Bəşər Əsəd rejimi və hərbi müxalifətin saxladığı bəzi şəxslər Astana prosesi çərçivəsində eyni vaxtda azadlığa buraxıldı. Astana prosesi çərçivəsində Türkiyə, Rusiya Federasiyası və İranla yanaşı BMT-nin iştirakı ilə qurulan Təzyiqlə saxlanılan/oğurlanan şəxslərin sərbəst buraxılması, cənazələrin mübadiləsi və itkin şəxslərin aqibətinin aydınlaşdırılmasına dair işçi qrupu daxilində hazırlanan dördüncü layihə çərçivəsində  Suriyada müxalifət qrupları və rejim tərəfindən saxlanılan bəzi şəxslər 31 iyul 2019-cu ildə müxalifətin nəzarətindəki əl-Babın cənubundakı Əbu Zindin bölgəsində qarşılıqlı və eyni vaxtda sərbəst buraxıldı. İşçi qrupu fəaliyyətlərini qarşıdan gələn dövrdə də davam etdirəcək.

Qeyd edək ki, iki tərəf arasında ilk mübadilə 24 noyabr 2018-ci ildə, ikinci mübadilə 12 fevralda, üçüncü mübadilə isə 22 apreldə reallaşmışdı.

Mübadilənin Türkiyənin humanitar diplomatiya fəaliyyətləri çərçivəsində atdığı addımlarla reallaşdığı bildirilir.

Əsəd rejiminin həbsxanalarda ən az 500 min nəfəri saxladığı məlumdur.

Әlaqәli Xәbәrlәr