Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda evlərdən birinin damına düşən raket

Suriya tərəfindən atıldığı nəzərdə tutulan iki raketdən birinin Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda bir evin damına düşməsi nəticəsində biri uşaq 6 nəfər yaralanıb.

1240721

Yaralanan 6 nəfər təcili tibbi yardım maşınları ilə Ceylanpınar Dövlət xəstəxanasına aparılıb.

 Milli Müdafiə Nazirliyi raket atəşi ilə bağlı verdiyi bəyanatda bildirib ki, Suriye tərəfindən atıldığı nəzərdə tutulan raket atəşlərinə sərhəd bölgəsindəki ağır silahlarımızla özünümüdafiə çərçivəsində lazımi cavab verilmişdir. Ağır silahlarla verilən bu cavab nəticəsində Suriya tərəfində yerləri əvvəlcədən müəyyən edilən yeddi hədəf məhv edilmişdir.

Prezident müavini Fuad Oqtay hadisə ilə bağlı açıqlamasında bildirib ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra daha sərt cavablar verəcək. Türkiyənin sərhədlərinn və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün qətiyyətli mövqeyimizi davam etdirəcəyik.

Әlaqәli Xәbәrlәr