‘‘Pәncә’’ әmәliyyatı qәtiyyәtlә davam etdirilir

Türkiyәnin Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda Tuncelidә antiterror әmәliyyatın keçirildiyi bildirilib.

1238945
‘‘Pәncә’’ әmәliyyatı qәtiyyәtlә davam etdirilir

 

Türkiyәnin Tunceli şәhәrindә hәyata keçirilәn әmәliyyat nәticәsindә iki PKK terrorçusu zәrәrsizlәşdirilib.

Türkiyәnin Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda Tuncelidә antiterror әmәliyyatın keçirildiyi bildirilib.

Әmәliyyat nәticәsindә iki PKK terrorçusu zәrәrsizlәşdirilib.

Bölgәdә әmәliyyatların davam etdirildiyi bildirilir.

Diyarbәkirin Licә qәsәbәsindә aparılan әmәliyyat nәticәsindә isә beş terrorçu zәrәrsizlәşdirilib.

‘‘Pәncә’’ әmәliyyatı ilә koordinasiyalı şәkildә İraqın şimalındakı Metina vә Gara bölgәlәrindә keçirilәn әmәliyyat nәticәsindә isә altı terrorçu zәrәrsizlәşdirilib, hәmçinin terrorçuların baza olaraq istifadә etdiyi Karacak bölgәsinә tәşkil edilәn hava әmәliyyatı nәticәsindә çox sayda hәdәf mәhv edilib.



Әlaqәli Xәbәrlәr