Әrbildә şәhid olan diplomatın nәşi Türkiyәyә gәtirildi

Diplomatik mәnbәlәrdәn verilәn mәlumata әsasәn, hücumdan sonra diplomat Әrbil Rizqari Xәstәxanasına aparılıb.

1237484
Әrbildә şәhid olan diplomatın nәşi Türkiyәyә gәtirildi

 

İraqın Ərbil şəhərində törәdilәn silahlı hücum nəticəsində şәhid olan  türkiyәli diplomatın nәşi dünən gecə radәlәrindә  Türkiyəyə gətirilib.

Diplomatik mәnbәlәrdәn verilәn mәlumata әsasәn, hücumdan sonra diplomat Әrbil Rizqari Xәstәxanasına aparılıb. Ekspertiza işlәri tamamlandıqdan sonra diplomatın nәşinin Türkiyәyә gәtirildiyi bildirilib.

Qeyd edәk ki, Türkiyәnin Әrbildәki konsulluğunun әmәkdaşı  Әrbil şәhәrindәki restoranlardan birindә törәdilәn silahlı hücum nәticәsindә şәhid  olmuşdu. Hücum zamanı bir İraq vәtәndaşının da hәlak olduğu bildirilmişdi.



Әlaqәli Xәbәrlәr