XİN Avropa İttifaqına reaksiya verdi

Türkiyənin Şərqi Aralıq dənizində üç qazma gəmisi var. Dördüncü gəmimizi  də  göndərməkdə imtina etmərik. Bunu Xarici işlər naziri M.Çavuşoğlu deyib.

1236594
XİN Avropa İttifaqına reaksiya verdi

Mövlud Çavuşoğlu Şimali Makedoniya səfərinin ikinci günündə həmkarı Nikola Dimitrov ilə bir araya gəlib.

Paytaxt Skopyedə baş tutan danışıqlardan sonra jurnalistlərə açıqlama verən Çavuşoğlu, Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiqinə dair qərarına münasibət bildirib.

Nazir: “Bunu sanksiya olaraq xarekterizə etmək bu işi çox ciddi qəbul etmək mənasını verər. Lakin ciddi qəbul ediləcək bir şey deyil. Türkiyəyə, alyansa tam hüquqlu üzv olmamış verilməsi nəzərdə tutulan maliyyə yardımları onsuz da daha əvvəl dayandırıldı. Türkiyə belə adi qərarlardan təsirlənəcək ölkə deyil. Qəbul etdikləri qərarları tətbiq etmənin mümkünsüzlüyünü özləri də yaxşı bilirlər. Kipr Rum İcmasını qane etmək üçün belə  yollara    üz   tutmaq  məcburiyyətində  qaldıqları  aydındır. Məsələ adada Kipr Türk xalqının hüquqlarını  zəmanət altına almamaqdır. Türkiyə ilə əlaqəli belə qərarlar qəbul edilməsi halında Şərqi Aralıq dənizidəki fəaliyyətlərimizi artıracayıq. Yəni hazırda bölgədə üç gəmimiz var  və  4-cü gəmimizi də göndərərik. Kipr Rum İcması Aİ-na arxalanmasın. Onun tərəf-müqabili Şimali Kipr Türk Respublikasıdır. Buna görə ağıllı olmalıdılar”-deyə M.Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr