"The Network" adlı sənədli film İngiltərə və Albaniya tamaşaçılarına təqdim olundu

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin layihəsi əsasında "TRT World" tərəfindən hazırlanan və Fətullahçı Terror Təşkilatının (FETÖ) iç üzündən bəhs edən "The Network" adlı sənədli film İngiltərə və Albaniya tamaşaçısına təqdim olundu.

1232899
"The Network" adlı sənədli film İngiltərə və Albaniya tamaşaçılarına təqdim olundu
murat ahmet yoruk.jpg
the network belgeseli2.jpg
buyukelci umit yalcin.jpg
the network belgeseli1.jpg

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin layihəsi əsasında "TRT World" tərəfindən hazırlanan və Fətullahçı Terror Təşkilatının (FETÖ) iç üzündən bəhs edən "The Network" adlı sənədli film İngiltərə və Albaniya tamaşaçısına təqdim olundu.
 

 İngiltərənin paytaxtı Londonda Yunus Əmrə İnstitutunun əməkdaşlığı ilə nümayiş olunan və tanınmış ingilis jurnalisti Endryu Uilson (Andrew Wilson) tərəfindən çəkilən sənədli filmi çox sayda insan izlədi.
 
 Tədbirdə çıxış edən Türkiyənin Londondakı səfiri Ümid Yalçın FETÖ-nün 15 iyul 2016-cı ildə Türk demokratiyasını hədəf aldığına diqqət çəkərək prezident Rəcəb Tayyib Ərdoğan və Türk xalqının bu təşəbbüsə mərdliklə qarşı çıxdığını ifadə etdi.
 
 Bu terror təşkilatının çevriliş cəhdi ilə Türkiyə dövləti və demokratiyasını hədəf alan böyük bir təhlükəni ortaya qoyduğunu vurğulayan Yalçın: "Hər nə qədər Türkiyənin bu təşkilata qarşı mübarizəsi daxildə davam etsə də, FETÖ çoxu müttəfiqimiz olan digər ölkələrdə hələ də fəaliyyətlərini davam etdirir. Bu ölkələrin sistemlərindən sui-istifadə edirlər, tolerantlıq ilə qarşılanırlar, qorunma ilə təmin olunurlar" dedi.
 
 Yalçın sənədli filmin FETÖ-nün qaranlıq üzünü ortaya qoyduğunu vurğulayaraq: "Təşkilat hələ də bir çox ölkədə təhsil, iş və media sahələrində fəaliyyət göstərir" deyə xəbərdarlıq etdi.
 
 Bu təşkilatın əsl üzünün xüsusilə müttəfiqlərə və digər ölkə xalqlarına göstərilməsinin vacibliyinə toxunan Yalçın bu baxımdan sənədli filmin əhəmiyyət kəsb etdiyini dilə gətirdi.
 
 "The Network" adlı sənədli film  Albaniyanın paytaxtı Tiranada da tamaşaçı ilə görüşdü.
 
 Türkiyənin Tirana səfiri Murad Əhməd Yörük çıxış edərək dövlət çevrilişi cəhdinin baş verdiyi 15 iyul gecəsi çılpaq əlləri və inam dolu ürəkləri ilə  küçədə müqavimət göstərən vətəndaşların üzərinə tanklar və hərbi silahlarla amansızlıqla ölüm püskürüldüyünü söylədi.
 
 Dövlət çevrilişi cəhdini Albaniya daxil olmaqla, bu gün dünyanın 160 ölkənin başına bəla olan FETÖ-nün həyata keçirdiyini bildirən Yörük: "Bu təşkilat bildiyiniz mənada klassik bir terror təşkilatı deyil. Bu təşkilat daha çox bir kəşfiyyat təşkilatı kimi qurulan, hiyləgərliyi əsas götürən, məxfiliklə, qılıf və kimlik dəyişdirərək yerləşdiyi ölkələrin mülki və rəsmi olan bütün strukturlarına sızma gücü və qabiliyyəti olan bir təşkilatdır" ifadələrini işlətdi.
 
 Yörük Albaniyaya çox diqqətli və ayıq-sayıq olmağa dəvət etdi.



Әlaqәli Xәbәrlәr