Yekaterinburqda Türkiyə-Rusiya Sənaye Forumu keçirildi

Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank sənayenin gücünə güc qatmaq və rəqabəti artırmaq üçün istehsalda struktur dəyişikliyinə təkan verdiklərini bildirdi.

1232278
Yekaterinburqda Türkiyə-Rusiya Sənaye Forumu keçirildi
Turk-Rus sanayi forumu.jpg
manturov innoprom.jpg

 

 Rusiyanın Yekaterinburq şəhərində başlayan və Türkiyənin bu il tərəfdaş ölkə olduğu INNOPROM Beynəlxalq Sənaye Sərgisi çərçivəsində Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən Türkiyə-Rusiya Sənaye Forumu keçirildi.
 
 Forum Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov, Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının prezidenti Rüstəm Minnixanov, ticarət nazirinin müavini Qönçə Yılmaz Batur və DEİK Türkiyə-Rusiya İşgüzar Şurasının sədri Tuncay Özilhanın iştirakı ilə baş tutdu.
 
 Varank burada etdiyi çıxışında Türkiyə və Rusiya arasındakı münasibətləri iki ölkə liderləri arasında yaxın dialoq və güclü siyasi iradə sayəsində daha da inkişaf etdirmək məsələsində qətiyyətli olduqlarını söylədi.
 
Rusiyanın Türkyənin mühüm ticarət tərəfdaşı olduğunu vurğulayan Varank iki ölkə arasındakı ticarət həcminin keçən ilə görə 15 faizlik bir artım göstərdiyini bildirdi, hədəflərinin 100 milyard dollarlıq həcmi əldə etmək olduğunu qeyd etdi.
 
 Türkiyə və Rusiya arasındakı birbaşa sərmayələrin də artmasını arzu etdiklərini vurğulayan nazir strateji tərəfdaşlığın dərinləşməsi üçün iki ölkə sahibkarları və sərmayəçilərinin daha çox həvəsləndirilməsinin vacibliyini vurğuladı.
 
 Rusiya sənaye və ticarət naziri Manturov da çıxış edərək Rusiya və Türkiyə arasında ticarət əlaqələrinin son illərdə sabit şəkildə inkişaf etdiyini söylədi.
 
 Türkiyə ilə əməkdaşlığını inkişaf etdirmək üçün hər növ  dəstəyə hazır olduqlarını qeyd edən Manturov: "Türkiyənin iş adamlarının Rusiyaya daha rahat gəlmələri və uzunmüddətli sərmayələrlə gələn iş insanlarını dəstəkləmək üçün bir sıra paketlər hazırlamışıq. İmtiyazlı şərtlər yaradırıq" ifadələrini işlətdi.
 
 Çıxışlardan sonra Türkiyə və Rusiya qurumları, təşkilat və firmaları arasında əməkdaşlıq müqavilələri imzalandı.



Әlaqәli Xәbәrlәr