İtaliya Kahramanmaraşdakı raket sisteminin vəzifə müddətini uzatdı

İtaliya Məclisi Türkiyənin Kahramanmaraş şəhərində yerləşdirilmiş SAMP-T raket sisteminin vəzifə müddətinin 31 dekabradək uzadılmasını qərara aldı.

1230450

İtaliyada Məclis və Senatdakı birgə Xarici İşləri Komissiyasının keçən aylarda qəbul etdiyi, İtaliyanın beynəlxalq missiyaları ilə əlaqədar qərar məclisin ümumi iclasında qəbul edildi.

Qərar İtaliyanın Kahramanmaraşda yerləşdirilmiş SAMP-T raket sisteminin vəzifə müddətinin 31 dekabradək uzadılmasını nəzərdə tutur.

Həmin qərar 9 iyulda Senatda təsdiq ediləcək və sonra da prezident Sergio Mattarrelanın imzalamasından sonra qüvvəyə minəcək.

Qeyd edək ki, İtaliya Türkiyənin NATO-dan tələbi nəticəsində hava müdafiə sistemlərini 6 iyun 2016-cı ildə Kahramanmaraşdakı Qazi Qərargahında yerləşdirmişdi.

İspaniya da keçən həftələrdə qəbul etdiyi qərarda Türkiyənin hava müdafiə sistemi üçün 4 ildir Adanada yerləşdirdiyi Patriot raket sisteminin müddətini 2019-cu ilin axırınadək uzatmışdı.

Әlaqәli Xәbәrlәr