Ərdoğan: "Liviyada seçkilərin keçirilməsi üçün imkanın yaranmasını arzu edirik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin paytaxtı Pekindən Türkiyəyə gəlməzdən əvvəl əvvəl jurnalistlərin suallarını cavablandırdı.

1229918
Ərdoğan: "Liviyada seçkilərin keçirilməsi üçün imkanın yaranmasını arzu edirik"

Türkiyənin separatçı PKK-nın təşkilatı SDG ilə qalmaqallı bir müqaviləyə imza atan Birləşmiş Millətlər Təşkilatına  reaksiyası sərt oldu.
  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: "Bu əsla qəbul edilə bilməz" dedi.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin paytaxtı Pekindən Türkiyəyə gəlməzdən əvvəl əvvəl jurnalistlərin suallarını cavablandırdı.

  Türkiyə prezidenti: "BMT-nin bir terror təşkilatını bu şəkildə tərəf kimi qəbul etməsinə, masaya oturmasına və rəsmi statusunu tanıyır kimi bir müqavilə imzalamasına ən yüngül şəkildə "qalmaqal" deyə bilərik. Bu ortada qoyulacaq bir məsələ deyil" dedi.
 Ərdoğan qalmaqallı müqaviləyə etiraz edilməsi üçün lazımi təşəbbüsün başlanıldığını söylədi.
  ABŞ-a F-35 reaksiyasını davam etdirən Ərdoğan ABŞ-dan gələn: "S-400-ləri alsanız, F-35-lər verilməz" açıklamalarına "Biz birgə istehsalçıyıq" vurğusunu edərək: "Siz bir müştəri axtarırsınızsa, bir müştəri çıxmışsa, o müştəri də ödəmələrini  edibsə, sən o müştərinin malını necə vermirsən? Bunun adı qəsb olar" dedi.
  "Türkiyə ABŞ-İran gərginliyində vasitəçi funksiyasını üzərinə götürə bilərmi?" sualına da cavab verən prezident: "Yaponiya baş naziri Abe ilə keçirdiyimiz görüşdə: "Belə bir hadisədə birlikdə ola bilərikmi?" dedi. Mən də: "Niyə olmasın" dedim. "Hər ikisi də, istər İran prezidenti Həsən Ruhani, istərsə də İranın dini lideri Əli Xameneyi ilə danışıqlar apararam" dedim. "Bərabər desəniz, bərabər də ola bilər" dedim" deyə bildirdi.

 Ərdoğan Liviyada Hafter qüvvələrinin Türkiyəni hədəf alan açıqlamalarına və Türk vətəndaşlarının qaçırılıb daha sonra azad edilməsinə reaksiya göstərdi.
  BMT-nin lazımi addımları atmalı olduğunu söyləyən Ərdoğan: "Hafter hazırda orada tam mənada pirat hərəkəti etmişdir, pirat mövqeyindədir. Mən bu günə qədər Hafterlə danışmamışam. Arzu edirik ki, qısa zamanda Liviyada seçkilər keçirmək üçün  imkan yaransın" ifadələrini işlətdi.
  Prezident Ərdoğan Aralıq dənizinin şərqindəki qazma işlərinin yaratdığı gərginliyə görə də Cənubi Kipr və Avropa İttifaqına sərt reaksiya göstərdi.
  Hüquqi çərçivədə addımlar atdıqlarını dilə gətirən Ərdoğan:"Amma qarşımıza hüququ tanımayanlar çıxarsa, onların anlayacağı dildə də danışa bilərik. Cənubi Kipr bu günə qədər heç bir hüquqa uyğun şəkildə hərəkət etməyib. Avropa İttifaqı da dürüst hərəkət etmir. Bunların hamısı qəspkardır. Orada heç bir haqqı olmayanların özlərinə haqq istehsal etməsi qəbul edilə bilən bir şey deyil" deyə danışdı.



Әlaqәli Xәbәrlәr