Fəxrəddin Altun: "Bütün dünyaya FETÖ-nün qaranlıq və qanlı üzündən bəhs etməyə davam edirik"

Türkiyə Prezident Aparatının Kommunikasiya Şöbəsinin rəhbəri Fəxrəddin Altun dünyaya Fətullahçı Terror Təşkilatının (FETÖ)  qaranlıq və qanlı üzündən bəhs etməyə davam etdiklərini bildirdi.

1229807
Fəxrəddin Altun: "Bütün dünyaya FETÖ-nün qaranlıq və qanlı üzündən bəhs etməyə davam edirik"

  Türkiyə Prezident Aparatının Kommunikasiya Şöbəsinin rəhbəri Fəxrəddin Altun  "TRT World" tarafından hazırlanaraq Belçikanın paytaxtı Brüsseldə ilk nümayişi həyata keçirilən və FETÖ-nün hiyləgər şəbəkəsini ortaya qoyan "The Network" sənədli filmi barədə sosial media hesabı vasitəsilə açıqlama verdi.

 Altun açıqlamasında: "Bütün dünyaya FETÖ-nün qaranlıq və qanlı üzündən bəhs etməyə davam edirik" ifadəsini işlətdi.

  Fəaliyyət göstərdiyi bütün ölkələr üçün təhlükə yaradan FETÖ-nün həqiqi üzünü ifşa edən "The Network" sənədli filminin  Fransa, İngiltərə, Şimali Makedoniya, Almaniya, Bosniya və Herseqovina, Albaniya, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Cənubi Afrika, Qırğızıstan, İtaliya və Kosovoda göstəriləcəyini bildirən Altun: "The Network" sənədli filmi bu hiyləgər terror təşkilatının xaricdə də müxtəlif maskalarla məxfi şəkildə təşkilatlanmasını dekodlaşdırır, FETÖ-nün beynəlxalq aləm üçün yaratdığı təhlükələrə diqqət çəkir" deyə bildirdi.

  Kommunikasiya Şöbəsinin rəhbəri sənədli filmdən bir fraqment də paylaşdı.

  Sənədli film iyulun 8-də Paris və Londonda, iyulun 9-da Skopyedə, iyulun 10-da Berlin, Sarayevo və Tiranada, iyulun 11-də Şkoder, Nur Sultan və Nyu- Yorkda, iyulun 12-də Yohannesburqda, iyulun 13-də Bişkekdə, iyulun 14-də Roma və Priştinda, iyulun 15-də Milanda nümayiş ediləcək.

 Sənədli filmin Nyu-Yorkdakı ikinci nümayişinin iyulun 14-də keçirilməsi planlaşdırılır.

 



Әlaqәli Xәbәrlәr