Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Rəhbərliyinin ənənəvi məzuniyyət mərasimi keçirilir

Ankara Ticarət Palatasının Konqres mərkəzində keçirilən mərasimə prezident Rəcəb Tayyıb Ərdoğan iştirak edir

1229468
Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Rəhbərliyinin ənənəvi məzuniyyət mərasimi keçirilir

 

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Rəhbərliyinin başçılığında ənənəvi olaraq təşkil edilən beynəlxalq tələbələrin məzuniyyət mərasimi bu gün Ankara Ticarət Palatasının Konqres mərkəzində keçirildi. Mərasimə prezident Rəcəb Tayyıb Ərdoğan da qatıldı.

Son illərdə Ali təhsil üçün əhəmiyyətli mərkəz mövqeyinə çevrilən Türkiyə Nazirlər Kabineti yayında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Rəhbərliyinin "Türkiyə Təqaüdləri" proqramıyla dünyanın müxtəlif ölkələrindən olan tələbələrə ali təhsil almalarına imkan yaradır. Türkiyənin müxtəlif universitetlərində bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan beynəlxalq tələbələr isə, məzun olduqdan sonra ölkələrinə qayıdaraq cəmiyyətlərinin inkişafına dəstək olurlar. Onlar məzun olduqdan sonra təşkil edilən rəsmi mərasimlə ölkəmizə vida edirlər. Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Rəhbərliyi təhsillərini tamamlayıb ölkələrinə qayıdan tələbələrin yenidən bir araya gəlmələrinə də müxtəlif tətbirlər təşkil edərək imkan yaratmaqda davam edir.

Qeyd edək ki, Türkiyənin könül elçiləri olan "Türkiyə Mezunları"nın sayı 160 ölkədə olmaqla 150 ​​minə çatdı.



Әlaqәli Xәbәrlәr