“Pəncə” əməliyyatında PKK-lı iki terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Hakruk bölgəsinə istiqamətli həyata keçirilən “Pəncə” əməliyyatında PKK-lı iki terrorçu zərərsizləşdirilib.

1226858
“Pəncə” əməliyyatında PKK-lı iki terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Hakruk bölgəsinə istiqamətli həyata keçirilən “Pəncə” əməliyyatında PKK-lı iki terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, əməliyyat başladığı andan etibarən zərərsizləşdirilən terrorçu sayı 60 olub.

“Pəncə” əməliyyatı ilə koordinasiyalı şəkildə terror təşkilatı PKK-nın şimalındakı mövqeləri də vurulmaqda davam edir.

Kandil Avaşin, Basyan və Metina bölgələrinə edilən hava əməliyyatlarında daha 52 terrorçu zərərsizləşdirilib.

İraqın şimalında zərərsizləşdirilən terrorçu sayı isə 112 olub.

Qəndil bölgəsinə istiqamətli hava əməliyyatında PKK terror təşkilatı tərəfindən silah mövqeləri, sığınacaqlar və silah-sursat anbarı kimi istifadə olunan hədəflər vurulub və sıradan çıxarılıb.



Әlaqәli Xәbәrlәr