Mövlud Çavuşoğlu Cavad Zәriflә görüşdü

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu İranın xarici işlәr naziri Mәhәmmәd Cavad Zәriflә İranın isfahan şәhәrindә bir araya gәlib.

1222558
Mövlud Çavuşoğlu Cavad Zәriflә görüşdü

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu İranın xarici işlәr naziri Mәhәmmәd Cavad Zәriflә İranın isfahan şәhәrindә bir araya gәlib.

Çavuşoğlu vә Zәrifin sәdrliyi ilә keçirilәn heyәtlәr arasındakı görüşdәn sonra nazirlәr ikitәrәfli, regional vә beynәlxalq mәsәlәlәrdәki görüşlәrin artırılmasını vә bu çәrçivәdә  әmәkdaşlığı güclәndirmәyi hәdәflәyәn Mәslәhәtlәşmәlәr Planını imzalayıblar.

Toplantıdan sonra nazir Mövlud Çavuşoğlu Cavad Zәrifin onun şәrәfinә verdiyi nahara qatılıb.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Cavad Zәrifin dәvәti ilә dünәn İrana işgüzar sәfәr etmişdi.



Әlaqәli Xәbәrlәr