Fuad Oqtay gәnclәrin gündәmdәki mövzularla bağlı suallarını cavablandırıb

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay bildirib ki, heç kim  S-400 sistemlәri ilә bağlı Türkiyәni hәdәlәyә bilmәyәcәk.

1222909
Fuad Oqtay gәnclәrin gündәmdәki mövzularla bağlı suallarını cavablandırıb

 

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay bildirib ki, heç kim  S-400 sistemlәri ilә bağlı Türkiyәni hәdәlәyә bilmәyәcәk.

İstanbulda gәnclәrlә bir araya gәlәn Fuad Oqtay onların gündәmdәki mövzularla bağlı suallarını cavablandırıb.

Fuad Oqtay ABŞ-ın Türkiyәnin S-400 havadan müdafiә sistemini alması ilә bağlı açıqlamalarının  qeyri-normal olduğunu bildirib.

‘‘S-400 sistemi Türkiyәnin müdafiәsi ilә bağlıdır, hücumla bağlı deyil. Türkiyә öz  müdafiәsi ilә bağlı mövzularda  başqa ölkәdәn icazә almaz. Türkiyә ehtiyacı olduğu mövzular ilә bağlı görüşlәrini keçirәr,  qәrarını qәbul edәr vә hәyata keçirәr. S-400 mәsәlәsindә dә belә oldu. Bununla bağlı ABŞ daxil olmaqla hәr kәslә görüşüldü. Türkiyә bu sistemlәri artıq alıb deyirik, alacaq demirik’’.

Fuad Oqtay bildirib ki, heç kim  S-400 sistemlәri ilә bağlı Türkiyәni hәdәlәyә bilmәyәcәk.

Çıxışında Kıbrıs  mәsәlәsinә dә toxunan Fuad Oqtay deyib ki, Kıbrıs Türklәrinin hüquqlarına xәlәl gәlmәsinә icazә vermәyәcәyik.



Әlaqәli Xәbәrlәr