YTB-nin vətən həsrəti çəkən vətəndaşlar üçün maraqlı xidməti

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) Türkiyəyə tətil üçün gələn ölkə xaricindəki vətəndaşları Serbiyada qarşılayır.

1222180
YTB-nin vətən həsrəti çəkən vətəndaşlar üçün maraqlı xidməti
ytb.jpg
ytb.jpg
ytb.jpg

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) Türkiyəyə tətil üçün gələn ölkə xaricindəki vətəndaşları Serbiyada qarşılayır.

YTB ilə Türkiyənin Polis İdarəsi bu yay dövründə ölkə həsrəti çəkən xaricdəki vətəndaşlarımızı ilk dəfə Türkiyə sərhədlərindən kənarda Serbiyadakı sərhəd-keçid məntəqələrində qarşılamağa başladı.

Tətbiqin həyata keçirildiyi barədə paylaşım edən YTB-nin sədri Abdullah Eren deyib: “Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq bu yay fəslində Avropadakı vətəndaşlarımızı öz polis əməkdaşımız, öz vəzifəlilərimiz və türkcə-serbcə danışan tələbələrimizlə Serbiyadakı sərhət-keçid məntəqəsində qarşılayırıq”.

YTB-dən verilən açıqlamada 1 iyuldan tutmuş vətəndaşların keçid marşrutlarından olan Niş yaxınlığındakı  Bosphorob hotel adlı yaşayış məntəqəsində YTB stendi və çağrı mərkəzi təşkil ediləcəyi; vətəndaşların Serbiyadan keçidlərində qarşı-qarşıya gəldikləri problemlər üçün +381 63 816 20 30 nömrəli telefona zəng edərək məsləhətləşmə və istiqamətləndirmə xidməti ala biləcəyi bildirildi.

Açıqlamada qarşılama mərasimlərinin Türkiyədəki sərhəd-keçid məntəqələrində də keçiriləcəyi bildirilərək qeyd olunub ki, ölkə xaricində yaşayan vətəndaşlarımızın tətil üçün gəldikləri vilayət və qəsəbə mərkəzlərində də təkil ediləcək tədbirlərlə ana vətəndə istədikləri kimi tətil keçirmələri hədəf götürüldü. Türkiyədən qayıdan zamanlarda da yola salma tədbirləri keçiriləcək, qayıdış yolunda da İpsala və Kapıkule sərhəd-keçid məntəqələrində vətəndaşlarımızın ehtiyacları üçün imkan yaradılacaq.



Әlaqәli Xәbәrlәr