Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk
Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk.
Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk.
Bu barәdә Türkiyәnin Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Nazirlikdәn verilәn açıqlamada bildirilib ki, nazir Çavuşoğlu 20-21 iyun tarixlәrindә İrana sәfәr edәcәk.
Mәlumatda Mövlud Çavuşoğlunun iranlı hәmkarı Cavad Zәrifin dәvәti ilә bu ölkәyә işgüzar sәfәr edәcәyi bildirilib.
‘‘Sәfәr çәrçivәsindә ikitәrәfli münasibәtlәrin bütün aspektlәri, hәmçinin regional vә beynәlxalq proseslәr әtrafında fikir mübadilәsinin aparılması gözlәnilir’’,-deyә Türkiyәnin Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...