"Siz kimsiniz ki, bizə təlimat verirsiniz?" R.T.Ərdoğan

İstanbulda İxracatın Çempionları Mükafat Mərasimində iştirak və çıxış edən Ərdoğan deyib...

1219363
"Siz kimsiniz ki, bizə təlimat verirsiniz?" R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin və Şimali Kipr Türk Respublikasının (KKTC) Şərqi Aralıq dənizindəki haqqlarını qorumaq üçün, lazım gəlsə, Türkiyə gəmi və təyyarələrinin qazma-araşdırma gəmilərinin yanında olacağını və işlərin davam edəcəyini bildirib.

  İstanbulda İxracatın Çempionları Mükafat Mərasimində iştirak və çıxış edən Ərdoğan deyib:

  "Şərqi Aralıq dənizində neft və təbii qaz araşdırma işlərini çox sadə bir şey olaraq görənlər varsa, demək, “bu mövzudan bir şey anlamır” deməkdir. Biz bizə ayrılmış yerlərdə tədqiqat aparırıq. Dörd gəmimiz var ki, bunlardan ikisi qazma, ikisi araşdırma gəmisidir. Kim qaşqabağını sallasa, biz də bütün gəmi və təyyarələrimizlə birlikdə qazma və araşdırma gəmilərimizin yanında olarıq ki, onlar işləri davam etdirə bilsinlər.

  Təlimat vermişlər ki, gəmiləri götürəcəklər. Ovcunuzu yalarsınız. Biz gəmidəki personalı qoruyacağıq.

  Fransa prezidenti Emmanuel Makron Şərqi Aralıq dənizində axtarışlardan çəkilməmizi istəyir. Sən nə deyirsən? Biz buraların sahil daşlarıyıq, Qıbrısa qarantiyik. Sən kimsən ki? Biz öhdəliyimizi bilirik, amma sən bu yükün məsuliyyətini anlamırsan."



Әlaqәli Xәbәrlәr