Ərdoğan Tacikistanda keçirilən konfransa münasibətini bildirdi

Konfransdan ölkəyə dönən Ərdoğan “twitter”dən səfərə dair münasibətini bildirərək yazıb...

1219114
Ərdoğan Tacikistanda keçirilən konfransa münasibətini bildirdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısının dünya üçün xeyirlərə vəsilə olmasını diləyib.

  Konfransdan ölkəyə dönən Ərdoğan “twitter”dən səfərə dair münasibətini bildirərək yazıb:

  "Söhbətlərimiz regional və qlobal hadisələrin dünyada nizamın deyil, nizamsızlığın hakim olduğunu ortaya çıxardı. Türkiyə olaraq isə biz barış, rifah və sabitlik yolunu tutmuşuq. Suriya, terror, sülhü zədələyən təktərəfli sanksiyalar və Qüds kimi həssas mövzular barədə ortaq addımlar ata biləcəyimizi gördük. Konfrans çərçivəsində bir sıra ikili görüşlərdə oldum. İran prezidenti Həsən Ruhani, Çin dövlət başçısı Şi Cinpinq, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qətər əmiri Şeyx Temim ibn Hamed əl-Sani ilə görüşdüm. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısının dünyamız üçün xeyirlərə vəsilə olmasını diləyirəm. Başda ev sahibi Tacikistan olmaqla bütün üzv ölkələrin dövlət və hökumət başçılarına bu əhəmiyyətli platformaya vermiş olduqları dəstəyə görə təşəkkür edirəm."

 



Әlaqәli Xәbәrlәr