‘‘Pәncә’’ әmәliyyatı nәticәsindә 48 terrorçu zәrәrsizlәşdirilib

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1218468
‘‘Pәncә’’ әmәliyyatı nәticәsindә 48  terrorçu zәrәrsizlәşdirilib

‘Pәncә’’ әmәliyyatı nәticәsindә zәrәrsizlәşdirilәn separatçı terror tәşkilatı PKK üzvlәrinin sayı 48-ә yüksәlib.

2019-cu ilin 27 may tarixindәn etibarәn İraqın şimalındakı Hakurk bölgәsindә hәyata keçirilәn ‘‘Pәncә’’ әmәliyyatı qәtiyyәtlә davam etdirilir.

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn, әmәliyyat çәrçivәsindә daha üç  PKK terrorçusu zәrәrsizlәşdirilib.

Belәliklә әmәliyyat başladığı gündәn etibarәn zәrәrsizlәşdirilәn terrorçu sayı 48-ә çatıb.

Ölkә daxilindә keçirilәn әmәliyyatlar çәrçivәsindә  son iki gün әrzindә 14 terror tәşkilatı üzvünün zәrәrsizlәşdirildiyi bildirilib.

Daxili İşlәr Nazirliyindәn verilәn mәlumata әsasәn, әmәliyyatlar nәticәsindә  Vanda 6, Şırnakda 2, Mardindә 2, Bingöldә 2 terrorçu zәrәsizlәşdirilib, hәmçinin Hakkaridә 2 terrorçu sağ olaraq әlә keçirilib.

Terrorla mübarizә әmәliyyatlarının davam etdirildiyi qeyd olunub. 



Әlaqәli Xәbәrlәr