"Milli komandamızın İslandiya hava limanında gördüyü münasibət qəbuledilməzdir", M. Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə milli komandasının İslandiya hava limanında gördüyü münasibətin qəbuledilməz olduğunu bildirdi.

1215343
"Milli komandamızın İslandiya hava limanında gördüyü münasibət qəbuledilməzdir", M. Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə milli komandasının İslandiya hava limanında gördüyü münasibətin qəbuledilməz olduğunu bildirdi.

"Avro- 2020" seçmə mərhələsi çərçivəsində H qrupunun 4-cü matçı üçün İslandiyaya gedən Türkiyə milli komandası böyük hörmətsizliklə qarşılaşdı.

Futbolçuların pasportunun yoxlanılması və üzərlərinin axtarılması prosesi saatlarla davam edib. Onların çantaları dəfələrlə yoxlanılıb.
Konya şəhərindən xüsusii təyyarə ilə İslandiya hava limanına uçan komanda buradan yalnız iki saat sonra çıxa bilib. Çıxışda jurnalistlərə açıqlama verən futbolçular kremlərinin içinə qədər axtarış aparılmasından və təkrar-təkrar yoxlanışdan keçmələrindən şikayətləniblər.

Bu hörmətsizlikdən dərhal sonra xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi açıqlama verdi.

 Nazir “milli komandamızın İslandiya hava limanında gördüyü münasibət qəbuledilməzdir. Lazımi tədbirləri görəcəyimizdən millətimizin şübhəsi olmasın”,-deyə bildirdi.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də mövzuyla bağlı şəxsi “Twitter” səhifəsində açıqlama yayaraq bildirdi ki, “İnsani olmayan, idmanın ruhuna zidd və diplomatik baxımdan əsla qəbul edilməyəcək bu rəftarların məsuliyyəti İslandiya rəsmilərinin üzərindədir. Milli komandamıza edilənlər bir növ zorakılıqdır. İslandiya rəsmiləri bu “ibtidai” tətbiq üçün üzr istəməlidir. Bu səhvi aradan qaldıracaq addımlar atmalıdır. Milli komandamıza salam göndəririk, bütün millətimizin dəstəyinin onlarla olduğunu bilirlər. İdmanın ruhuna uyğun nailiyyətlər əldə edərək ən yaxşı cavabı verəcəklərinə inanırıq. Ürəyimiz milli komandamızladır.



Әlaqәli Xәbәrlәr