Türk soylu avstriyalılar 3 siyasi təşkilatı birləşdirərək bir partiya qurdular

Avstriyada türk soylu avstriyalıların 3 siyasi təşkilatının birləşməsiylə “Soziales Österreichs der Zukunft” - Gələcəyin Sosial Avstriyası Partiyası quruldu.

1214010
Türk soylu avstriyalılar 3 siyasi təşkilatı birləşdirərək bir partiya qurdular

  Avstriyada türk soylu avstriyalıların 3 siyasi təşkilatının birləşməsiylə “Soziales Österreichs der Zukunft” - Gələcəyin Sosial Avstriyası Partiyası quruldu.

  Türk mənşəli avstriyalıların “Gemeinsam für Wien” (Viyana üçün Birlik), “Neue Bewegung für Österreich Wien” (Avstriya üçün Yeni Hərəkat Vyana) və “Bewegung Mehr Österreich” (Güclü Avstriya Hərəkatı) təşkilatlarının birləşməsiylə yaranan Gələcəyin Sosial Avstriyası Partiyasının məqsədi ölkədə siyasətin mərkəzinə daşınan dağıdıcı həddindən artıq sağçılarla mübarizə və mövcud siyasi partiyalarda təmsil edilməyən qrupların səsi olmaqdır. 

  Partiyanın sədri Hakan Gördü paytaxt Viyanada təşkil edilən mətbuat konfransında çıxış edərək deyib:

  “Gələcəyin Sosial Avstriyası Partiyası ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərən qabaqcıl siyasi qurumların bir araya gəlməsiylə quruldu. Hədəflərimizin ilkin prioriteti 2020-ci il Viyana bələdiyyə seçkilərinə qatılmaqdır.

  Partiyamız həm də həddindən artıq sağçılıqla mübarizə və ölkənin təməl problemlərinə həllər tapmaq üçün quruldu. Ana partiyalar tərəfindən ciddi şəkildə dillənilməyən ictimai problemlər də bizim hədəflərimizə daxildir.

  Avstriya siyasi həyatını daha müsbət bir zəminə daşımaq üçün çalışırıq və çalışacağıq.”



Әlaqәli Xәbәrlәr