VIII Turizm Birgə Komissiya yığıncağı Antalyada keçirildi

Turizm sektoru  nümayəndələrini bir araya gətirən Macarıstan-Türkiyə 8-ci Turizm Birgə  Komissiyası yığıncağı Antalyada  keçirildi.

1209003
VIII Turizm Birgə Komissiya yığıncağı Antalyada keçirildi

Yığıncaqda 5 il ərzində ölkəmizə  gələn  Macarıstanlı  turist sayının   5 milyona çatması  üçün  lazımlı  işlərin  aparılması  qərarına  gəlindi.   

Antalyanın ev sahibliyi etdiyi Macarıstan - Türkiyə 8-ci Turizm Birgə  Komissiyası Yığıncağı və  Macarıstan Səyahət Agentlikləri Birliyinin 45-ci  Yığıncağına  iki ölkə turizm sektoru  nümayəndələri   qatıldı. 

İki ölkənin turizm potensialı qiymətləndirilən   yığıncaqlarda   mövcud rəqəmlərin yetərli olmadığı və ölkələr arasında  turist   sayının   qısa  müddətdə   arzu  edilən   seviyyələrə   qaldırılmasının  lazım  gəldiyi   vurğulandı.

Türkiyə Otelçilər  Federasiyası rəhbəri   Osman Ayık, Macarıstanın Türkiyə üçün əhəmiyyətli bazarlardan biri olduğuna   diqqət   çəkərək:  “İki ölkə arasında güclü  tarixi və mədəni əlaqələr  mövcutdur. Mərkəzi  Avropada  yerləşən   və  10 milyon əhaliyə sahib   olan  Macarıstan, turizm sahəsində ən inkişaf etmiş ölkələrdən biridir. Macarıstandan   ölkəmizə   ildə   170  min  qədər  turist  gəlir. Bu  rəqəmin   2-3 il içində 200-250 minə, 5 il ərzində  isə  yarım milyona   çatmasını   istəyirik”- deyə  Ayık  vurğulayıb.



Әlaqәli Xәbәrlәr