Türkiyədə elmin inkişafına dair güclü addımlar atılır

Türkiyə yaxın zamanda alimlər üçün əhəmiyyətli cazibə mərkəzinə çevriləcək. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1207000
Türkiyədə elmin inkişafına dair güclü addımlar atılır

Beştəpə millət konqres və Mədəniyyət Mərkəzində təşkil edilən “2019 Dr. Fuat Sezgin İli” yığıncağına qatılan prezident Ərdoğan burada etdiyi çıxışında: “elm və elm xadimlərinin əhəmiyyətinə diqqət çəkərək: “Elmə   dəyər verilən  ölkədə   həm elmin həm də alimlərin inkişafına imkan yaradılmalıdır. Bu sahədə güclü addımlar atdıq. Elmi araşdırmaların artmasına zəmin yaratdıq.   İslam zəngin və hər kəsin sahib olabilməyəcəyi bir mədəniyyətdir. Belə bir zənginliyə sahib olmağın xoşbəxtliyini yaşayırıq. Yaxın tarixdə elm insanlarının inkişafına təsir bağışlayacaq əhəmiyyətli tədbirlər həyata keçirəcəyik. Türkiyəni elm insanları üçün cazibə mərkəzinə çevirəcəyik. Bütün insanlığın bəhrələnə biləcəyi sülh, dinclik, inam və ədalətin hökm sürəcəyi bir gələcək yaradmaq istəyirik.



Әlaqәli Xәbәrlәr