"Hamımızın siz gənclərə ehtiyacı var", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə ilə mesaj paylaşıb.

1203767
"Hamımızın siz gənclərə ehtiyacı var", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə ilə mesaj paylaşıb.

  "Yaşasın azad, müstəqil və güclü Türkiyə" ifadələrilə mesajına  başlayan prezident deyib:

  “19 May türk millətinin yenidən dirilmə günüdür.

  19 may 100 il bundan əvvəl Mustafa Kamal Atatürkün Samsuna çıxaraq milli mübarizəmizi başladığı gündür.

  19 May işğalçıları torpaqlarımızdan söküb atmaq üçün milli iradənin, birlik və bərabərlik ruhunun, güclü bir inancın oyanış günüdür.

  19 May Türkiyədə azadlıq və müstəqilliyin ilk addımıdır.

  Ey gənclik, dünən olduğu kimi bu gün də azadlıq və müstəqilliyimizə qəsd edən xəyanət və şər mərkəzlərinə qarşı bu ölkəni siz qoruyacaqsınız.

  Hər şeyin sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu sürətli dəyişmədə elm, sənaye, texnologiya, sənət və bütün sahədə sizin enerji və həyəcanınıza, arzu və xəyallarınıza bu ölkənin ehtiyacı var. Hamımızın sizə ehtiyacı var. Ölkəmizi yeni üfüqlərə sizin fikirləriniz, sizin təcrübələriniz, sizin düşüncələriniz, sizin əzm və qərarlılığınız daşıyacaq.

  Əl-ələ, könül könülə ölkəmizi daha irəliyə aparaq. Bir olaq, bərabər olaq”.



Әlaqәli Xәbәrlәr