Türkiyə Krım tatarları və Qafqaz xalqlarının ağrı-acısını bölüşür

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü  Hami Aksoy Türkiyənin Krım tatarları ilə Qafqaz xalqlarının ağrı-acısını bölüşdüyün fadə etdi.

1203609
Türkiyə Krım tatarları və Qafqaz xalqlarının ağrı-acısını bölüşür

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü  Hami Aksoy  çərkəz və Krım tatarlarının sürgününün ildönümü ilə əlaqədar sualları cavablandırdı.

1944-cü il 17-18 may gecəsində təxminən 250 min Krım tatarının vətənindən qoparıldığını xatırladan Aksoy bunları söylədi: "75 il əvvəl on minlərlə Krım tatarı sürgün zamanı həlak oldu. Bir çoxu isə məruz qaldıqları ağır sürgün şərtlərində vətən həsrəti ilə ana yurdlarından uzaqlarda vəfat etdilər"

Aksoy 21 may gününün tarixə "Çərkəz sürgün" adı ilə həkk olduğunu vurğulayaraq: "Soydaş Krım tatarları ilə  Qafqaz xalqlarının ağrı-acısını bölüşür, sürgünlərdə həlak olanları rəhmətlə xatırlayır, əziz xatirələri önündə hörmətlə baş əyirik" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr