Türkiyə Yunanıstana reaksiya göstərdi

Türkiyə Yunanıstanın DHKP/C, PKK və FETÖ kimi terror təşkilatları üçün etibarlı bir sığınacaq halına çevrildiyini narahatlıqla müşahidə etdiyini bildirdi.

1202158
Türkiyə Yunanıstana reaksiya göstərdi

 

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan məhkəməsinin ölkədə 2017-ci ilin noyabrında "terror təşkilatı üzvü olmaq" maddəsi ilə yaxalanan 9 nəfər barəsində bəraət hökmü çıxarmasıi ilə bağlı bəyanat verdi.

Aksoy Yunanıstanın DHKP / C, PKK və FETÖ kimi terror təşkilatları üçün etibarlı bir sığınacaq halına çevrildiyinin narahatlıqla müşahidə edildiyini bildirdi.

Sözçü sözügedən məsələ ilə əlaqədar bunları qeyd etdi:" Bu təşkilatlara Yunanıstan tərəfindən  terrorizmlə beynəlxalq mübarizə öhdəliklərinə zidd şəkildə göstərilən simpatiya, tolerantlıq və kömək qəbuledilməz bir haldır. Hörmətli prezidentimizə sui-qəsd cəhdi ilə bağlı Yunanıstan polisi tərəfindən 2017-ci ildə tutulan, barələrində Türkiyədə də yaxalanma qərarı qəbul edilən, ekstradisiyalarını  tələb etdiyimiz 9 DHKP / C üzvünə  bu gün verilən bəraət qərarı bu terror ünsürlərinin niyə Yunanıstanda yuva saldıqlarını da ortaya qoyur ".

Aksoy DHPK/C-nin Avropa İttifaqının terror təşkilatlarının siyahısında olduğunu xatırlatdaraq:"Bu səbəbdən Yunanıstan məhkəməsinin qərarı Avropadakı terrorizmlə mübarizə səylərini zəiflədir".



Әlaqәli Xәbәrlәr