“Türkiyənin Fələstin xalqına dəstəyi davam edəcək”:İ.Kalın

Türkiyə, haqlı mübarizəsində Fələstin xalqının yanında olmaqda davam edəcək. Bunu Prezident Rəcəb Tayyıb Ərdoğanın sözçüsü İbrahim Kalın deyyib.

1202133
“Türkiyənin Fələstin xalqına dəstəyi davam edəcək”:İ.Kalın

 İbrahim Kalın, İsrailin 14 May 1948-ci ildə işğal etdiyi Fələstin torpaqlarında müstəqilliyini elan etdikdən sonra Fələstinlilərin “Böyük Fǝlakǝt” adlandırdıqları ‘Nakba’ günü münasibətiylə sosial media hesabı Twitterda əks edən şərhində: " İsrailin işğalı, sürgünləri, həbsləri və qırğınları; və qərb ölkələrinin bu zülmə biganə qalmalarına baxmayaraq Fələstin xalqı azadlıq, ədalət və şərəf mübarizəsindən imtina etmədi,  etməyəcək.  Türkiyə isə Fələstin xalqına haqlı mübarizəsində dəstəyini davam etdirəcək”-deyə İbrahim Kalın vurğulayıb.



Әlaqәli Xәbәrlәr