Rәcәb Tayyib Әrdoğan Qәrb ölkәlәrinә reaksiya göstәrib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Birlik Vәqfinin Mәrkәzi Qәrargahında  keçirilən 39-cu әnənəvi iftar proqramında iştirak edib.

1199545
Rәcәb Tayyib Әrdoğan Qәrb ölkәlәrinә reaksiya göstәrib

 

 

 Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Birlik Vәqfinin Mәrkәzi Qәrargahında  keçirilən 39-cu әnənəvi iftar proqramında iştirak edib.

İftar proqramında açılış nitqi ilә çıxış edәn Türkiyә prezidenti İsrailin açıq hava hәbsxanasına çevirdiyi Qәzzaya hücumlar etdiyini deyib.

"Әli qanlı Suriya  rejimi İdlibdәki yaşayış mәntәqәlәrinә, xәstәxanalara vә mәktәblәrә ramazan ayında da çәn bombaları ilә hücum etmәyә davam edir. Yəməndəki yüz minlərlə uşaq çirkli bir müharibənin qurbanı olaraq aclıqla qarşı-qarşıyadır.  Arakan,  Somali, Əfqanıstan vә İraqdan  təəssüf ki, bu ramazanda yenə dumanlar, yenə fəryadlar yüksəlir",-deyә Türkiyә prezidenti qeyd edib.

 Prezident Ərdoğan  bildirib ki, xüsusilә İsrail rәhbәrliyi beynәlxalq ictimaiyyәtin sәssizliyindәn aldığı cәsarәtlә media orqanları vә humanitar yardım tәşkilatlarının mәrkәzlәrini bambalayıb. İsrail  rәhbәrliyi bu addımla Qazza xalqına qarşı yürütdüyü soyqırım siyasәtinin beynәlxalq ictimaiyyәt tәrәfindәn tanınmasına mane olacağını düşünür.

 Ərdoğan deyib:  "Onlar istəməsə də humanitar yardım təşkilatlarımız  ehtiyac sahiblərinә  humanitar yardım çatdırmağa davam edir. Biz bunları edərkən mətbuat azadlığı məsələsində ölkəmizi tənqid edәnlәrin sәsi çıxmır’’.

Ədalət və azadlıqdan söhbәt açanlar Misirdә hәyata keçirilәn çevrilişlә vәzifәyә gәlәn Әbdulfәttah Әl Sisi ilә eyni masa arxasında әylәşib onunla müzakirәlәr aparırlar.

 



Әlaqәli Xәbәrlәr