25-ci Aralıq Dənizi Dialoqu

NATO-dan verilən yazılı məlumata görə...

1194429
25-ci Aralıq Dənizi Dialoqu

  NATO-nun yüksək səviyyəli qərarvermə qurumu - Şimali Atlantika Şurası Aralıq Dənizi Dialoqu 25-ci ildönümü münasibətilə baş katib Yens Stoltenberqin (Jens Stoltenberg) rəhbərliyi altında Türkiyədə toplanacaq.

  NATO-dan verilən yazılı məlumata görə, 6-7 may tarixlərində keçiriləcək toplantıda NATO-nun Aralıq Dənizi Dialoqu çərçivəsində tərəfdaşları da iştirak edəcək.

  Toplantı Aralıq Dənizi Dialoqunun 25-ci ildönümü münasibətilə Türkiyədə keçirilir.

  NATO-nun baş katibi Y.Stoltenberq iclasa sədrlik etməklə yanaşı, yüksək səviyyəli Türkiyə rəsmilərilə də ikitərəfli görüşlərdə olacaq.



Әlaqәli Xәbәrlәr