Prezident Rəcəb Tayyib Ərdoğan iqtisadiyyatda göstəricilərin yüksəlməyə başladığını söylədi

Prezident Rəcəb Tayyib Ərdoğan 17-ci ildəki sabitlik və etimad iqlimində əldə etdikləri nailiyyətlərin gələcək dövrdə daha böyük uğurlara imza ata biləcəklərinin göstəricisi olduğunu söyləyib.

1193827

Prezident Ərdoğan bunu Türkiyənin Palatalar və Birjalar Birliyinin 75-ci ümumi iclasında etdiyi çıxışda deyib.

Çıxışında valyuta məzənnəsi vasitəsilə Türkiyənin iqtisadiyyatı üzərində oyunlar oynanaraq mənfi atmosfər yaratmağa cəhd göstərildiyini vurğulayan Ərdoğan deyib ki, son dövrdə dalbadal ölkəmizə və millətimizə qurulan tələlərin səbəbi ölkəmizə siyasi olduğu qədər iqtisadiyyat sahəsində də diz çökdürməkdir. 2,5 milyonluq məşğulluq üçün “Bura Türkiyə, burada iş var” şüar ilə addım atdıq. İlkin məlumatlar bu ilin ilk rübündə məşğulluqda 100 min nəfərlik artıma işarə edir. Bu, yenidən yüksəlişə üz tutduğumuzun göstəricisi olması baxımından əhəmiyyətli bir rəqəmdir.

Prezident Ərdoğan: “Hökumət və iş dünyası olaraq 17 ildə yazdığımız böyük nailiyəti və bu uğurlu hekayəni davam etdirmək hamımızın əlindədir” deyib.

Bütün göstəricilərin yenidən yüksəlməyə başladığına işarə edən Ərdoğan valyuta məzənnəsi, faiz və inflyasiyanı mütləq hədəflərimizə uyğun səviyyələrə endirməkdə qəti qərarlıyıq. Bundan sonra artıq elə ciddi dalğalanmaların ortaya çıxması qeyri-mümkün görünür”-deyə prezident Ərdoğan vurğulayıb.

Әlaqәli Xәbәrlәr