"Türkiyə ilk üç ayda, ilin ilk rübündə tarixinin ən yüksək ixracını reallaşdırdı", R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin 2019-ci ilin ilk üç ayında tarixinin ən yüksək ilk rübündəki ixracını həyata keçirdiyini bildirdi.

1192846
"Türkiyə ilk üç ayda, ilin ilk rübündə tarixinin ən yüksək ixracını reallaşdırdı", R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin 2019-ci ilin ilk üç ayında tarixinin ən yüksək ilk rübündəki ixracını həyata keçirdiyini bildirdi.

Ərdoğan Prezident İqamətgahında 4-cü Ticarət Məşvərət Konfransında etdiyi çıxışda Türkiyənin yeni dünyagörüşünün ən vacib tərəfini təşkil edən sahənin xarici ticarət olduğunu vurğulayıb: "2019-ci ilin ilk üç ayı ərzində ixracatımız 3,3 faiz artım göstərib, idxalımız isə 21,5 faiz azalıb. Son 12 aylıq ixracımız 5,5 faiz artımla 169,1 milyard dollar olaraq rellaşıb. Seçki atmosferinə baxmayaraq, tariximizin ən yüksək ilk rüb ixracına imza atdıq".

 Türkiyənin 2018-ci ildə 168 milyard dollarlıq mal ixracına əlavə olaraq 48,5 milyard dollarlıq xidmət ixracı edərək əhəmiyyətli bir nailiyyət əldə etdiyini bildirən Ərdoğan "Artıq dünyanın dörd bir tərəfinə sadəcə məhsullarımızı satmırıq. Bundan başqa seriallarımızı, kino filmlərimizi, səhiyyə xidmətlərimizi ixrac edirik. Belə ki, bu gün 350 milyon dollarlıq ixracat həcmi serial film ixracında ABŞ-ın arxasından ikinci yerdəyik. Podratçılıq xidmətlərində dünyada ikinci yeri tuturuq” deyə bildirib.

 İlk iki ayda xarici turist sayında 7,4 faiz artım olduğunu qeyd edən Ərdoğan "Yay ayları gəldikcə bu rəqəmlər heç şübhəsiz daha da artacaq. Bir tərəfdən işsizliyi də azaldacaq. 2019-cu ildə 50 milyon turist rəqəminə nail olacağımıza mən inanıram" deyib.



Әlaqәli Xәbәrlәr