Ağ Ev telefon danışığı barədə açıqlama yaydı

Vaşinqton rəhbərliyi, dünən Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı bəyanat yayıb.

1192244
Ağ Ev telefon danışığı barədə açıqlama yaydı

Ağ Evin yazılı şərhində: "İki lider arasında baş tutan telefon danışığında ticarət dörüyəsinin artırılması, Suriyanın şimal ərazilərində təhlükəsizliyin bərpası mövzusuna dair müzakirə prosesi, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri satın alması kimi mövzular təhlil edildi”.

Şərhdə həmçinin bildirilib ki, prezident Ərdoğan ABŞ-nın San Dieqo şəhərində sinaqoqa təşkil edilən hücumu qınayıb və hadisədə həyatını itirənlər üçün prezident Trampa başsağlığı verib.



Әlaqәli Xәbәrlәr