Türkiyənin yeni hücum vertolyotunun təqdimatı olacaq

14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisi 30 Aprel-3 May tarixləri arasında İstanbulda keçiriləcək.

1191700
Türkiyənin yeni hücum vertolyotunun təqdimatı olacaq

Dünyanın qabaqcıl müdafiə sənayesi tədbirləri arasında iştirak edən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Türkiyə istehsalı hücum vertolyotunun təqdimatı olacaq.

Sərgidə nümayiş etdirilicək vertolyot yerli hərbi sürsat modelləriylə təchiz ediləcək.

Qeyd edək ki, ATAK 2 adı ilə bilinən hücum helikopter layihəsi Türk Silahlı Qüvvələrinin bu sahədəki ehtiyacının təmini məqsədiylə həyata keçirilib. Həmin layihə çərçivəsində xeyli miqdarda faydalı yükü daşıma qabiliyyətinə sahib, müasir texnologiya hədəf izləmə və görüntüləmə, elektron müharibə, naviqasiya, kommunikasiya və silah sistemləri ilə təchiz olunmuş yüksək manevr və effektivliyi olan effektiv və sarsıdıcı hücum imkanına malik vertolyot istehsalı planlaşdırılır.

 

 



Әlaqәli Xәbәrlәr