Ərdoğanla Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

1192173
Ərdoğanla Tramp arasında  telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Telefon danışığında Ərdoğan Rusiyadan alınacaq S-400 raket əleyhinə müdafiə sistemi ilə bağlı işçi qrupunun yaradılması təklifini edib.
Liderlərin ikitərəfli və regional məsələləri müzakirə etdikləri bildirilib.

Görüşdə ölkələr arasındakı ticarət həcminin 75 milyard dollara çatdırılmasından da danışılıb.

Ərdoğan Kaliforniyanın San-Dieqo şəhərində törədilən terror hadisəsini pisləyərək ABŞ xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr