Licedә zәrәrsizlәşdirilәn beş terrorçudan dördü axtarışda olub

Türkiyənin Diyarbəkir şәhәrinin  Lice rayonunda “Bayraq - 123” adı altında keçirilən uğurlu antiterror əməliyyatı zamanı zərərsizləşdirilən beş nəfərdən dördünün adı təhlükəli terrorçular siyahısında yer alıb.

1190834

Bu barәdә Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb.

Mәlumata görә,  “Doktor Ferhat” ləqəbli Hamit Aydoğan, “Reşit” ləqəbli Mehmet Reşat Tekin, “Merhas” ləqəbli Müslüm İrmak və “Aziz Ararat” ləqəbli Mesut Aktaş Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən konkret cinayət əməllərinə görə axtarışda olublar. Onların hər birinin ələ keçirilməsi üçün DİN tərəfindən 300 min lirə məbləğində mükafat nəzərdə tutulub.

Rəsmi məlumatlarda bildirilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri bölgədə antiterror əməliyyatlarını davam etdirir.

Әlaqәli Xәbәrlәr