Ruhsar Pekcan Amerikalı hәmkarı ilә görüşüb

Türkiyәnin ticarət naziri Ruhsar Pekcan  amerikalı həmkarı Vilbur Ross ilə bir araya gəldi.

1185116
Ruhsar Pekcan Amerikalı hәmkarı ilә görüşüb
ross-pekcan1.jpg

 

Türkiyәnin ticarət naziri Ruhsar Pekcan  amerikalı həmkarı Vilbur Ross ilə bir araya gəldi.

Mәlumata görә, görüş  Amerika Birləşmiş Ştatlarının  paytaxtı Vaşinqtonda Türkiyə-ABŞ Biznes Şurası və  Amerika-Türkiyə Şurasının  tәşkilatçılığı ilә keçirilәn  37-ci birgə illik konfransı çәrçivәsindә baş tutub.

Görüşdә iki ölkә arasındakı ticari məsələlər әtrafında  fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyә  prezidenti  Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında daha әvvәl baş tutan  görüşdə qarşıya qoyulmuş hədəflәr, ticarәt hәcminin 75 milyard dollara çatdırılması, məhsulların diversifikasiyası, görülәn birgә işlәr vә atılacaq birgə addımlar müzakirə olunub.

Mətbuata qapalı keçirilən görüşdə nazir Pekcanın uzun müddətdir iki ölkənin dә  ticarət gündəmində olan  ABŞ-ın polad vә alüminium məhsullarına tətbiq etdiyi əlavə gömrük vergiləri dә gündәmә gәlib.

Ruhsar Pekcanın  bu çәrçivәdә Türkiyә mәhsullarına tәtbiq olunan әlavә vergilәrin lәğv olunmasını tәlәb etdiyi bildirilib.

Digər tərəfdən  iki ölkə arasındakı rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətlərin də gündəmə gələn məsələlər arasında yer aldığı qeyd olunub.

Görüşdə iki ölkənin Ticarət Nazirlikləri arasında sözügedən sahələrdə birgə işçi qrupunun  yaradılması barədə razılıq әldә olunub.



Әlaqәli Xәbәrlәr