"Makronun qərarının yeganə izahı populizmdir",M,Çavuşoğlu

Fransada qondarma “erməni soyqırımı” günü təsis edən Prezident Emmanuel Makron Əlcəzairdə müharibə zamanı kütləvi qətlləri xatırlamalıdır. Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməsin.

1182218
"Makronun qərarının yeganə izahı populizmdir",M,Çavuşoğlu
fransiz parlamenter nato.jpg

Fransada qondarma “erməni soyqırımı” günü təsis edən Prezident Emmanuel Makron Əlcəzairdə müharibə zamanı kütləvi qətlləri xatırlamalıdır. Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməsin.

Bu fikirləri Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyası çərçivəsində Antalyada keçirilən Rouz-Rot seminarında fransız millət vəkili Sonia Kriminin PKK barədə mülahizələrinə cavab olaraq söyləyib.

Çavuşoğlu çıxışı zamanı deyib ki, siz Türkiyəni cəzalandırmağa çalışırsınız, söz azadlığından danışırsınız, lakin Makronun fəaliyyəti beynəlxalq hüquqa ziddir. Həmin hadisələri soyqırımı kimi qiymətləndirmək üçün məhkəmənin qərarı olmalıdır, amma o, yoxdur. Bu qərar hansı motivlərə görə qəbul edilib? Bunun yeganə izahı populizmdir. Biz Əlcəzair və Ruanda hadisələrini unutmamışıq. Makron bunu xatırlasın. Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməsin.

Çavuşoğlunun çıxışı zamanı xanım Sonia Krimi salonu tərk edib.



Әlaqәli Xәbәrlәr