XİN İtaliyaya sərt reaksiya verdi

Türkiyə, İtaliya Parlamentinin 1915 hadisələriylə əlaqədar qondarma erməni soyqırımı iddialarına dair təklif layihəsini qəbul etməsinə sərt reaksiya verib.

1181078
XİN İtaliyaya sərt reaksiya verdi

Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: "İtaliyada Nümayəndələr Palatasının 10 aprel 2019-cu il tarixində qəbul etdiyi təklif layihəsi qondarma erməni iddialarını daxili siyasi mənfəət əldə etmə planlarının bariz nümunəsidir. Qınadığımız qərarın Türkiyə-İtaliya əlaqələrinə zərbə endirmək uğrunda hər yolu sınayan Matteo Salvininin başçılıq etdiyi Leqa Partiyası tərəfindən hazırlanması bizim üçün çaşdırıcı olmadı. Əsas çaşdırıcı və kədərli olan, Nümayəndələr palatasının da Leqa Partiyasının Avropa Parlamenti (AP) seçkilərindəki mövqeyini gücləndirmək məqsədilə atdığı qəbul edilməz addımlara dəstək verməsidir. Qondarma erməni soyqırımı iddialarının ya seçkilər əvvəlində ya da Türkiyə əleyhdarlığı kontekstində gündəliyə daxil edilməsi bu iddiaların siyasi xüsusiyyətini və tarixi gerçəklər ilə üst-üstə gəlmədiyini göz önünə sərir. Belə addımlar heç bir tərəfin xeyrinə deyil. əksinə əlaqələrin irəli pillələrə qaldırılması uğrundakı cəhdlərə də zərbə endirər. Qərarın Türkiyə baxımında heç bir hökmü yoxdur”-deyə vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr