“Netanyahunun atdığı addımlar hüquqa ziddir”

İsrail Baş naziri Binyamin Netanyahunun atdığı addımlar beynəlxalq hüquq ilə uygunlaşmır. Bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1178983
“Netanyahunun atdığı addımlar hüquqa ziddir”

Ərdoğan, Türkiyə-Rusiya Yüksək Səviyyəli Şura yığıncağına qatılmaq üzrə Moskvaya hərəkəti əvvəlində İstanbulda təşkil etdiyi mətbuat konfransında Netanyahunun, İordan çayının qərb sahilini ilhaq ilə bağlı sözlərinə sərt reaksiya verib. Ərdoğan: Netanyahunun atdığı bütün addımlar beynəlxalq hüquqa ziddir. İsrail 1948-ci ildən bəri qeyri-qanuni əməllərini ABŞ-nın da dəstəyilə davam etdirir. Qolan ərazisi və İordan çayının qərb sahili ilə əlaqəli atdığı addımlar bunları göz önünə sərir. Netanyahunun mətbuat mənsublarına verdiyi qəbul edilməz açıqlamalar, onun seçki siyasətinin bir hissəsidir. Yaxın Şərqin gələcəyini məhv edəcək planların həyata keçirilməsinə icazə verilməməlidir. Biz Türkiyə olaraq Fələstinə haqlı davasında dəstəyimiz davam edəcək”.

Ötən il Rusiya ilə ticarət dövriyəmiz 15 faiz artaraq, 26 milyard dollara çatıb”.

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında Rusiyaya səfərinin əhəmiyyətindən danışıb. dövlət başçısı bildirib ki, rəsmi Ankara ilə Moskva arasında əməkdaşlıq güclənib və bu münasibətlər getdikcə daha da genişlənəcək. R.T.Ərdoğan deyib ki, bu il başlayandan Rusiya Prezidenti Vladimir Putinlə iki dəfə təkbətək görüşü olub: “Bu, 2019-cu ildə üçüncü görüşümüz olacaq. Görüşdə iki ölkə arasındakı əlaqələri, Suriyadakı vəziyyət başda olmaqla bölgə və dünyada baş verən prosesləri müzakirə edəcəyik”.

Türkiyə Prezidenti bildirib ki, rusiyalı həmkarı ilə iki ölkə arasında viza məsələsini də müzakirə edəcək: “Əsas hədəfimiz viza rejiinin bütün vətəndaşlarımızı əhatə edən formada genişləndirilməsidir”.

Qeyd edək ki, aprelin 8-də Moksvada Türkiyə və Rusiya prezidentlərinin görüşü olacaq. Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına qatılacaqlar. Sammitdə tərəflər vizanın ləğvi, Suriyadakı vəziyyəti müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr