NATO-nun  yaranmasının 70-ci  ildönümü

1953-cü ildən bəri NATO-ya ev sahibliyi edən Türkiyə və İtaliyaya minnətdarlığımı bildirirəm.

1177086
NATO-nun  yaranmasının 70-ci  ildönümü

 Bunu NATO-nun  Müttəfiq Quru Qüvvələr Komandiri General-leytenant John C. Thomson  alyansın  yaranmasının 70-ci    ildönümü   münasibətilə İzmirin  Buca rayonunda  təşkil  edilən   mərasimdə  etdiyi  çıxışında  deyib.  

NATO-nun ən güclü və uğurlu ittifaq olduğunu  ifadə  edən   John C. Thomson çıxışında:  Müstəqillik, ortaq dəyərlər və kollektiv müdafiə  uğrunda  lazımlı   addımları  atmaqda  davam  edən alyansın  üzvü  olmağın  qürurunu   yaşayıram.  Türkiyənin  1952-ci ildə ittifaqa   üzviyyətiylə NATO-nun İzmirdəki varlığı başladı. Həmin  tarixdən  bu göz oxşayan   şəhər çox   sayda qərargaha  ev sahibliyi etdi. NATO Müttəfiq Quru Komandirliyi isə   bu  qərargahlardan  sonuncusuddur.  1953-dən bu yana  Türkiyə və İtaliyanın  Natoya  ev sahibliyi  davam  edir. Türkiyəyə bu qonaqpərvərliyi  üçün   təşəkkürlərimi  bildirirəm.   Soyuq Müharibə  başa  çatdıqdan  sonra  daha   13 ölkə  alyansa  qoşuldu.  Beləcə  ittifaqın üzv  sayı   29-a  çatarkən, 44  ölkə  də  ‘sülh üçün ortaqlıq layihəsi’ çərçivəsində İttifaq ilə əməkdaşlıq edir”-deyə John C. Thomson  vurğulayıb. 

 NATO Müttəfiq Quru Komandirliyində  vəzifəli  Polkovnik Məhmət Toprakın da  qatıldığı  Yubiley tədbirləri çərçivəsində NATO-nun hərbi və mülki işçilərindən  ibarət  komandaların   iştirakı   ilə  idman və bilik  sahəsində   yarışlar  keçirilib. 



Әlaqәli Xәbәrlәr