Hulusi Akar Kosovoda rəsmi səfərdədir

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kosovo ilə Türkiyə arasındakı müsbət münasibətlərin əhəmiyyətli olduğunu ifadə edərək: "Aramızdakı Fətullahci Terror Təşkilatı  maneəsini  qaldıraq. Bundan tezliklə xilas olmalıyıq" dedi.

1177269
Hulusi Akar Kosovoda rəsmi səfərdədir

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kosovonun paytaxtı Priştinada rəsmi səfərdədir.

Nazir səfər proqramı çərçivəsində Kosovo müdafiə naziri Rüstəm Berişa ilə görüşdü.

Daha sonra iki nazir heyətlərası görüşlərə sədrlik etdilər.

Səfəri münasibətilə Akara təşəkkür edən Berişa Türkiyə və Kosova arasındakı dostluqdan danışdı, Türkiyənin hər zaman yanlarında olduğunu vurğuladı, iki ölkə arasındakı əməkdaşlığın daha da artmasına olan ümidini dilə gətirdi.

Türkiyə milli müdafiə naziri Akar da iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətinə işarə edərək, qarşılıqlı səfərlərin onsuz da yaxşı olan münasibətlərinin daha da inkişaf etdirəcəyinə olan inamını dilə gətirdi, hərbi, siyasi və müdafiə sənayesi sahələrində əməkdaşlığın artaraq davam etməsinin vacibliyini qeyd etdi.

Feto ilə mübarizənin əhəmiyyətinə də toxunan Akar: "Aramızdakı feto maneəsini sürətlə qaldıraq. Bundan tezliklə xilas olmalıyıq" deyə danışdı.

Görüşlərdən sonra nazir Akar və Berişa tərəfindən Hərbi Maliyyə Əməkdaşlıq Müqaviləsi və Nəqd YardımınınTətbiqi Protokolu imzalandı.
 



Әlaqәli Xәbәrlәr