Çavuşoğlu NATO-nun 70-ci ildönümü münasibətilə təşkil olunan iclasda iştirak edəcək

Beynəlxalq aləmdə ən uzun ömürlü hərbi və müdafiə ittifaqı kimi ön plana çıxan NATO 70 yaşına girdi.

1176494
Çavuşoğlu NATO-nun 70-ci ildönümü münasibətilə təşkil olunan iclasda iştirak edəcək

Beynəlxalq aləmdə ən uzun ömürlü hərbi və müdafiə ittifaqı kimi ön plana çıxan NATO 70 yaşına girdi.
 
 Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda 4 aprel 1949-cu ildə 12 təsisçi üzvlə qurulan NATO 70 il sonra 29 müttəfiqlə yoluna davam edir.
 
 Qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşən NATO Şimali Makedoniyanın da iştirakı ilə 30 üzvlü bir ittifaq olmağa hazırlaşır.
 
 Əsas məqsədini hərbi və siyasi yollarla üzv ölkələrin müstəqilliyi və təhlükəsizliyini təminat altına almaq kimi müəyyən edən NATO 5-ci maddə kimi tanınan birgə müdafiə öhdəliyi ilə xüsusi keyfiyyət qazanır.
 
 Bu maddə əsasında NATO bir təcavüz, və ya hücum təhlükəsinə qarşı üzvlərini müdafiə etmək və bir üzvünə edilən hücumu bütün üzvlərinə edilmiş kimi qəbul edərək hərəkətə keçmək öhdəliyi götürür.
 
Vaşinqtonda NATO-nun 70-ci ildönümü münasibətilə xarici işlər nazirləri toplantısı keçirilir.
 
 Türkiyəni 2 gün davam edəcək iclasda xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək.
 
 Çavuşoğlu NATO baş katibi Stoltenberq və ABŞ vitse-prezidenti Mayk Pensin ( Mike Pence) də çıxış edəcəyi "NATO birləşir" mövzulu iclasda nümayəndə heyətlərinə müraciət edəcək.
 
Türkiyəli nazir "Türkiyənin NATO-dakı rolu və regional təhlükəsizlik" mövzulu iclasda Türkiyənin ittifaqdan gözləntilərindən bəhs edəcək, amerikan həmkarı Mayk Pompeo ilə də görüşəcək.
 
 Mövlud Çavuşoğlu Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Elliot Engel və bəzi parlamentarilərlə də bir araya gələcək.
 
 Gündəlikdə başlıca olaraq, Türkiyənin Rusiyadan alacağı S-400 və ABŞ-dan alacağı F-35 məsələləri olacaq.



Әlaqәli Xәbәrlәr