Türkiyәnin BMT Baş Mәclisinә tәqdim etdiyi qәtnamә layihəsi yekdilliklә qәbul edilib

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə (BMGK) Türkiyənin rəhbərliyi ilә təqdim olunan "Din və ya inanca əsaslanan terror və digər zorakılıq aktları ilә mübarizə" adlı qətnamə yekdilliklə qəbul edilib.

1176003
Türkiyәnin BMT Baş Mәclisinә tәqdim etdiyi qәtnamә layihəsi yekdilliklә qәbul edilib

 

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə (BMGK) Türkiyənin rəhbərliyi ilә təqdim olunan "Din və ya inanca əsaslanan terror və digər zorakılıq aktları ilә mübarizə" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib.

 Türkiyәnin  Xarici işlər naziri Mövlud Çavuşoğlu  BMT Baş Mәclisindәki  çıxışında  "Din və ya inanca əsaslanan terror və digər zorakılıq aktları mübarizə" adlı qәtnamәni BMT üzvlərinə təqdim edib.

Yeni Zelandiyada martın 15-dә müsəlmanlara edilәn  terror hücumlarını qınayan  və belә hücumların bir daha tәkrarlanmaması üçün ölkələri  lazımi tədbirlər görmәyә çağırdığı qərar yekdilliklə qəbul edilib.

İclasdan sonra  BMT-nin Mədəniyyətlər İttifaqı üzrə ali nümayəndəsi Miqel Moratinos ilə görüşən Çavuşoğlu  mәsәlә ilә bağlı sәxsi Twitter sәhifәsindә açıqlama verib.

Mövlud Çavuşoğlu bildirib ki, görüşdә ittifaq  İslamofobiya vә  ksenofobiyaya qarşı qlobal mübarizәdә mühüm rol oynamalıdır.

Çavuşoğlu, Türkiyənin Nyu-Yorkdakı  Konsulluğunda Türk ictimaiyyәtinin  aparıcı nümayəndələri ilə  dә görüşüb.

 İclasda Çavuşoğluna Türkiyənin BMT-dәki  daimi nümayəndəsi Feridun  Sinirlioğlu və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Alper Aktaş da müşayiәt ediblәr.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu bu gün 3-4 aprel tarixlәrindә keçirilәcәk NATO-nun xarici işlәr nazirlәri sәviyyәsindәki iclasında iştirak etmәk üçün Vaşınqtona sәfәr edәcәk.



Әlaqәli Xәbәrlәr