Hәsәn Ruhani Әrdoğanı tәbrik etdi

İran prezidenti Hәsәn Ruhani Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyәdә keçirilәn bәlәdiyyә seçkilәridə inamlı qələbəsi münasibətilə təbrik edib.

1175593
Hәsәn Ruhani Әrdoğanı tәbrik etdi

İran prezidenti Hәsәn Ruhani Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyәdә keçirilәn bәlәdiyyә seçkilәridə inamlı qələbəsi münasibətilə təbrik edib.

İran Prezident Aparatından verilәn mәlumatda bildirilib ki, İran prezidenti Hәsәn Ruhani martın 31-dә Türkiyәdә keçirilәn bәlәdiyyә seçkilәri ilә әlaqәdar Rәcәb Tayyib Әrdoğana tәbrik mesajı ünvanlayıb.

Ruhaninin tәbrik mesajında bu ifadәlәrә yer verilib: ‘‘Türkiyәdә keçirilәn bәlәdiyyә seçkilәrindә әldә etdiyi inamlı qәlәbә münasibәtilә Türk xalqını  vә prezident Rәcәb Tayyib Әrdoğanı tәbrik edirәm. Dost vә qardaş Türkiyә xalqına  uğur vә xoşbәxtlik arzulayıram’’.

Qeyd edәk ki, Hәmas hәrәkatı da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.



Әlaqәli Xәbәrlәr