“Seçkiyə göstərilən maraq mənə dərin təsir bağışladı”, A.Davson

Avropa Şurası Bələdiyyə və Regional İdarələr Konrqesinin Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərini izləmək üçün göndərdiyi heyətin sədri Andrev Davson vətəndaşların seçkiyə göstərdiyi marağın ona dərin təsir etdiyini bildirdi.

1174778

20 ölkədən gələn 22 müşahidəçidən ibarət heyətin 10 fərqli qrupa ayrılaraq Ankara, İstanbul, İzmir və Diyarbəkir kimi şəhərlərdə müşahidəçi kimi iştirak etdiklərini bildirən Davson seçkilərdə 84 faiz iştirakın təmin olunduğunu, vətəndaşların seçkiyə göstərdikləri marağdan da dərin təsirləndiklərini söyləyib.

Həmin zamanda seçkilərlə əlaqədar texniki yetkinlikdən də dərin təsirləndiyini vurğulayan Davson “Həqiqətdən Türkiyə kimi böyük bir ölkədə bunda uğurlu olunması təsirlidir” deyə bildirib.

Əlil və yaşlıların səs verməsi üçün yaradılan imkanları xüsusi vurğulayan Davson başçılıq etdiyi müşahidə heyətinin Türkiyədəki bələdiyyə seçkilərinə dair hazırlayacağı hesabatın iyul ayında Norveçin paytaxtı Oslada elan ediləcəyini deyib.

Әlaqәli Xәbәrlәr